AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu vətən bizlərə əmanətdir - ÖZƏL

  • + A
  • - A
  • 17-12-2022, 13:14

    Bu vətən bizlərə əmanətdir - ÖZƏL


    Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyası keçirirlər.

    Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. İşğal dövründə haqq səsimizi dünya birliyinə çatdırmaq üçün dövlətimiz tərəfindən dəfələrlə,saysız-hesabsız müraciətlər olunmuşdur.Lakin əlimizin çatmadığı,ünümüzün yetmədiyi əzəli torpaqlarımızda vandal düşmənlərimiz dayanmadan mənfur siyasətlərini həyata keçirməkdə davam edirdilər.
    Ermənilər otuz il ərzində təbiətin bütün amillərinə eyni qaydada dağıdıcı təsir göstərmişlər.Qarabağdan başlanğıcını götürərək düzən ərazilərimizin suvarılmasıına cəlb etdiyimiz çayların suyunun kəsilməsi,suya ehtiyacın olmadığı dövrlərdə suyun həddən artıq buraxılması nəticəsində daşqınların baş verməsinə səbəb olurdu.Həmçinin çaylarımızın çirkləndirilməsi nəticəsində faunanın məhv olmasına səbəb olmuşdur.
    Qızılbulaq qızıl və Dəmirli mis-molibden,Vejnəli qızıl yataqlarının qanunsuz istismarı,Topxana meşəsinin,Bəsitçay dövlət qoruğunda üç min ildən artıq yaşı olan çinar ağaclarının qırılıb məhv edilməsi erməni xislətinin bariz nümunəsidir.
    Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda dekabrın 12-dən etiraz aksiyası keçirir. Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb.
    Çıxış zamanı, Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibətim belədir ki, sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını diqqətə çatdırıb. Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu vurğulayıb.
    Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzlidir. bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirir.
    Bu vətən bizlərə əmanətdir. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış üçtərəfli bəyannamənin müddəalarına hər bir vəchlə əməl edən Azərbaycan dövləti bu işdə qonşularımızın da əməl etməsi üçün beynəlxalq arenada hərtərəfli siyasətini davam etdirir.
    Yaşasın Azərbaycan!

    Müşfiq Qurbanov - Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR