AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası - ÖZƏL

  • + A
  • - A
  • 17-12-2022, 19:17

    Ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası - ÖZƏL



    Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər. Aksiya iştirakçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva bildirib ki “Bu gün bu aksiyanın keçirilməsinin səbəbi mədənlərimizin qanunsuz istismarına son qoyulmasıdır. Həmçinin o qeyd edib ki, ermənilər illər öncə bizim təbii sərvətlərimizi mənimsəyiblər və buna son qoyulmalıdır."

    Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun onlarla görüşməsini və bu məsələyə son verilməsini istəyiblər. Digər bir aksiya iştirakçısı Telman Qasımov isə deyib ki, aksiyanın əsas məqsədlərindən biri Qarabağda təbii sərvətlərimizin, mədənlərimizin ermənilər tərəfindən həm talan olunması, həm də ekologiyamıza vurulan ziyanların qarşısını almaqdır.Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

    Masallı rayon Musaküçə sakini Lətifə Həsənova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR