AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tolik imkansız ailəyə ev tikdirir – VİDEO

  • + A
  • - A
  • 10-10-2018, 11:31

    Tolik imkansız ailəyə ev tikdirir – VİDEO














    Tanınmış prodüser və aparıcı Tarix Əliyev yenə ürəkləri fəth etməyi bacarıb.

    Tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bu dəfə İmişli rayonunda yaşayan ailəyə yardım edib. Belə ki, “İnstagram”da kasıb ailənin durumu ilə bağlı video paylaşılıb. Bunu görən Tolik ilk olaraq bir neçə gün öncə bu haqda paylaşım edib. Daha sonra yardımsevər şəxslərin dəstəyi ilə ailənin yanına gedib və onlara yardım əlini uzadıb.

    Əvvəlcə evlərinə əşyalar alınıb, pul verilib. Bu gün isə Tolik həmin ailə üçün ev tikildiyini deyib və bununla bağlı da video paylaşıb: “Allah bütün evi olmayanlara ev qismət eləsin. Bu hadisəyə çox sevinrəm. Bəlkə də bir gün mən efirlərdə olmayacağam, amma bu ailə məni hər zaman yadına salacaq. İmişlidəki dilqəm qardaşımızın evi tikilir. Allah şükürlər olsun. İnşallah qısa zamanda yeni evində çəkiliş etmək qismət olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR