Rəşid Behbudovun qızı: “Himni dəyişin”, deyən deputatın…
“Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Düşüncələrinizi və əllərinizi bu mövzudan çəkin. Himn qalacaq və heç kim cəsarət edə bilməz ki, onun üzərində öz qeyri-peşəkar korrektələrini etsin. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orada heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, xəyanət edir? Sual verirəm, niyə?”
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın ölməz sənətçisi Rəşid Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkədə yazıb. O, parlamentdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə kəskin etiraz edib.
Xatırladaq ki, millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.