Verilişdə Əli Mirəliyevlə Əlikram arasında mübahisə – Video
Müğənni Əli Mirəliyevlə Əlikram Bayramov arasında “Şou ATV” verilişində mübahisə düşüb.
Axşam.az-ın məlumatına görə, Mirəliyev bayağı, toy mahnılarından danışıb. O, efirdə toyda oxunan bəstələrin efirdə səsləndirilməsini qınayıb:
“Qurum yoxdur bunları tənzimləsin. Toyda Gülağa Məmmədov, Anatolllu Qəniyev toyda toy mahnısı yox, bəstəkar mahnıları oxuyublar. bayağı mahnılar bizim ən böyük bədbəxtçiliyimizdir. Oxuya bilməyənlər məni çox istəmir”.
Əlikram isə onun sözlərinə etiraz edib və “İndi dövür dəyişib. Hamı bəstəkar əsəri oxumamalıdır. Hamı hər şey oxumalıdır. Kimə lazımdır onun dediyi mahnılar?” cavabını verib.
İfaçılar arasında mübahisə düşüb.