AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Deyin ona o, maşınsız qaldı" — Samir şounu tərk etdi

  • + A
  • - A
  • 25-12-2018, 10:50

    "Deyin ona o, maşınsız qaldı" — Samir şounu tərk etdi














    "Hind kinosu" adı altında "Maşın" şounun növbəti sürəti arxada qalıb.
    Dünənki şouda iştirakçılar deyil, tamaşaçılar tribunaya çıxacaq şəxsi müəyyənləşdirib. Beləki, ilk dəfə olaraq gizli səsvermədə bütün iştirakçılar eyni səs toplayıb. Bu səbəbdən gün ərzində iştirakçıların hamısının səsverməsi hesablanıb. Məlum olub ki, tamaşaçılar tərəfindən ən az səs müğənni Samir Cavadzadə toplayıb. Elə buna görə də bu dəfə "ali kürsüyə" Samir dəvət olunub.

    Cavadzadə də digər iştirakçıların bir çoxunun taktikasından istifadə edərək, öz rəqibinin adını açıqlamayıb. Şounun aparıcısı Murad Dadaşov bir neçə dəfə ona bunun düzgün taktika olmadığını söyləsə də, Samir sona qədər öz fikrində qalıb.

    Sonda səsvermədə 39,80 faiz səs toplayan müğənni şounu özü tərk edib. Son söz olaraq o, bunun sürpriz olmadığını, nəticəni məhz belə gözlədiyini etiraf edib.
    Bununla da “Maşın"şou 7 iştirakçı ilə sürətini davam etdirəcək.

    Bir daha xatırladaq ki, hazırda şou müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğlu ilə davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR