“Mən səssizliyi sevirəm. Kiminsə qəlbinə dəymədən, incitmədən, atmaca atmadan, qüruruna toxunmadan yaşamaqdan həzz alıram. Hər qəlbin bir ahı var. O ahı almaqdan qorxuram”.
Bu sözləri müğənni Damla istirahət fotolarını tənqid edənlərə cavabında bildirib. Sənətçi, əvvəlcə fotosunu paylaşıb, yazılan mənfi rəylərdən sonra şəklinə status əlavə edərək açıqlama yayıb.
“Özünüzə, duyğularınıza, ruhunuza zaman ayırın. O bunu etdi, bura getdi, bunu dedi, deməklə dəyərli vaxtınızı kiminsə həyatını müzakirə edərək xərcləməyin. Ən gözəl günləri dua edin. Beyninizi başqalarının həyatını düşünməklə yükləməyin. Həyat o qədər qısadır ki, vallah dəymir. Kiməsə neqativ şərh yazıb, başqalarının yanında onu alçaltmaqdansa, özünə zaman ayır. Təmiz havada gəz, idmana başla.
Vallah kiməsə bəslədiyin kinə, nifrətə görə hədiyyə almayacaqsan. Əksinə, Allahın sənə hədiyyə etdiyi sağlam canı yarı can edəcəksən. Heç nəyə gec deyil. Hər açılan sabah bir başlanğıcdır”, - deyə sənətçi instaqram hesabında qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.