Madonna çılpaq fotolarını paylaşdı — Lağ edənlərə meydan oxudu
Pop musiqisinin kraliçası sayılan Madonna “İnstaqram” hesabında gənclik illərində çəkilmiş çılpaq fotosunu paylaşıb.
O, şəklini altında yazdığı şərhlə həmin vaxtlarda onu lağa qoyanlara meydan oxuyub.
Müğənni 19 yaşında Nyu Yorkda Martha Graham rəqs məktəbində oxuduğu vaxtda kirayə pulunu çıxara bilmək üçün incəsənət məktəblərində və fotoqraflar üçün nəzərdə tutulmuş dərslərdə modellik etdiyini deyib. “Bu kadrların bir çoxu mən məşhur olduqdan sonra “Playboy” və “Penthose”a satıldı. Kütlə məni çılpaq olduğum üçün utandırmağa çalışdı. Mətbuata verdiyim “utanmıram” açıqlaması da günlərlə manşetlərdə qaldı”, - deyə müğənni qeyd edib.
60 yaşlı Madonna daha sonra sözlərinə bunları əlavə edib: “Əsərlərin qürurlu sahibiyəm. Toy hədiyyəsi olaraq daha sonra mənə verdilər. Sənəti belə şeylərlə bitirə bilməzsiniz. Yaradıcılıq hər zaman qalibdir”.