Təranə Qumral: "Özüm üçün yaşayıram, kimin nə dediyi məni maraqlandırmır"
Müğənni Təranə Qumral sosial şəbəkədə illər öncə qısa ətəkdə çəkdirdiyi fotosunu paylaşıb. Onun bu paylaşımı böyük səs-küyə səbəb olub. Hətta ifaçını tənqid ediblər.
Məsələ ilə əlaqədar olaraq ifaçı sia-ya açıqlama verib:
""İnstagram" səhifəmdə paylaşdığım fotonu illər öncə çəkdirmişəm. Bu şəkil filmlərin biri üçün lentə alınmışdı. Lakin həmin filmə çəkilməkdən imtina etdim. Ancaq fotolar məndə qaldı. Həmin fotonu "İnstagram" səhifəmdə yayımladım və bir neçə saatdan sonra sildim.
Fotonu izləyicilərin məni qınamasına görə silmədim. Onu da deyim ki, qısa ətəkli paltarda çəkdirdiyim fotonu sosial şəbəkədə yayımladığım üçün peşman deyiləm. Özü üçün yaşayan biriyəm. Kimin nə dediyi məni maraqlandırmır. Nə edirəm, özüm bilərəm".