Müğənni Şəbnəm Tovuzlunun paylaşdığı video qalmaqala səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, ifaçı balaca qaraçı qız ilə bağlı “İnstagram” səhifəsində video yayımlayıb.
Görüntüdə uşaq müğənninin mahnısını ifa edir. Şəbnəm videosunu belə şərh edib:
“Bu videonu mənə canım həmkarım Gülay yollayıb ki, Şəbiş bax bu qaraçı qız necə oxuyur”.
İzləyicilərdən biri isə ifaçının uşağa qaraçı deməsinə hiddətlənib:
“ Mən sadəcə gün ərzində dinlənən bir müğənninin qaraçı deyə yazdığı sözünü anlamıram”,- deyə qeyd edib.
İfaçı isə buna əsəbləşərək:
“Niyə? Qaraçı pis sözdür? Qaraçı milləti var. Düşüncəsiz olmayın”-, deyə izləyicisinə cavab verib.
[media=http://olke.az/uploads/images/seci.png]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.