AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda — "Şərəfsizliyin son həddidir"

  • + A
  • - A
  • 12-12-2019, 08:52

    Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda — "Şərəfsizliyin son həddidir"


    Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.
    Oxu.az-a açıqlama verən Niyammədin Musayev yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib:

    “Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.
    İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR