AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

  • + A
  • - A
  • 29-05-2017, 12:53

    Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

















    Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (127-ci say) təqdim edir.

    Mövzulara keçməzdən öncə Ramazan ayının gəlişi münasibətilə bütün, xüsusən də inanclı oxucularımı təbrik edirəm. Belə girişdən sonra şou nümayəndələri haqda yazmaq bir qədər çətin olacaq. Amma cəhd edək...

    Rəqsanənin qızı Aysun anasının doğum gününə dublyaj videosu hazırlayıb. Video belə adlanır - "Sən başqa qollardasan, mən başqa qollarda..."
    Camaat da bu söhbəti yüz yerə yozub. Bəs yazıq olmamışlar nə eləsinlər? İkisi bir qola sığışmaz axı. Qulpqoyan kişi də söhbətə başlamamış əsasını böyrümə dirəyib. Deyir, a bala, bəlkə də Rəqsanə neçə vaxtdır ona görə arıqlayırmış e. Deyirəm, arıqlamağın bura nə dəxli var. Verdiyi cavaba baxın:

    - A bala, yəni arıqlayır ki, başqa qollarda olmasınlar dana. Bir qola sığışsınlar.
    İndi Rəqsanə dura bunu verə məhkəməyə, ağlı gələ başına.

    Türkiyənin divası Bülənt Ərsoyu sol ayağından ilan sancıb. Yüz faiz arzu edəndə hardasa səhvə yol verib, kodu düz göndərməyib. İlan yazıq da nə bilsin hardan sancmaq lazımdır? Adama deyərlər, ay köpəyin qızı (oğlu), sənin ilanla oynayan vaxtındır? Soxulcandan zaddan bir şey tap, başını qat da. Şəmkirlilər demişkən, "nə gəzirsən Dəllərdə (Şəmkirdə qəsəbə adıdır - red.) canın qala əllərdə?"


    Aktyor Rəhim Rəhimovun böyrəyində ciddi problem yaranmışdı. Hətta yadınızdadırsa, həyati təhlükəsi vardı. Sonra bir nəfər ona donorluq etdi. Bilsəniz həmin xanım kim imiş? Rəhim Rəhimovun qardaşının həyat yoldaşı - Pərvanə xanım. Bəzi qadınların ərlərini damın altında qoyub aradan çıxdığı bir zamanda, qayını üçün belə fədakarlıq edən qadına hansı xoş sözləri desən azdır. Təsəvvür edin, insan öz həyatını riskə qoyur və yoldaşının da yox ha, qayınının həyatını xilas edir. Əhsən!

    "Toppuş bacı" kimi tanıdığım aktrisa Tünzalə Əliyeva əvvəl ərsizlikdən, ərsizliyin çətinliklərindən danışardı. İndi hansı saytı açırsan, ərindən moizələr oxuyur. İndi də deyib ki, səhər 6-dan gecə 1-ə kimi ərimin qulluğunda dururam. Belə çox maraqlı işdir e. Adam bununla nəyi sübut etmək istəyir. Qulpqoyan kişi yenə vurnuxur. Görüm nə deyir.

    - Hə, Qulpqoyan dayı, niyə narahatsınız?
    - Ora yaz ki, görməmişin bir əri oldu, səhərdən axşama qulluğunda durdu. Başqa şey yazma ha, dediyim kimi də yaz. Camaat özü başa düşəcək.

    Röyanın bir oğlanla səmimi fotosu yayılıb. Sosial şəbəkə istifadəçiləri bərk əsəbləşiblər ki, belə olmaz. Rəhmətliyin nəvələri, İndi oğlan bir az qucaqlamaq kimi nəsə edib də. Dünya dağılıb? Röyada 50 milyonluq sərvət (sinəsinin 50 milyon olduğunu demişdi) yatır e. Qardaş da yəqin ki, ömründə ilk dəfə 50 milyona yaxın olmaq istəyib. Amma Mahir Mədətovla olan fotoda futbolçunun əli 50 milyonun bir qarışlığındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR