"Mübarizə aparmağa gücüm çatmadı" - Kənan M.M.
"Maşın" realiti-şousunu ötən gün tərk edən iştirakçı rejissor Kənan M.M. olub.
Axşam.az xəbər verir ki, əlini avtomobildən çəkən Kənan mübarizə aparmağa gücü çatmadığını söyləib:
"Maşın əldən getdi. Kənan əldən getməsin. Səs verən hər kəsin qarşısında baş əyirəm, var olun, mükəmməlsiniz. Oruc ola-ola əsəblərə hakim olmaq çətindir. Haqqınızı halal edin. Böyük hədəf mən idim, nə vaxtsa vuracaqdılar. Çoxluqla mübarizə aparmağa gücüm çatmadı. Tamaşaçılarımdan beş gün dalbadal səs istəməyə utandım. Özüm kimi getdim, özüm kimi qayıtdım. Mən maşından əl çəkdim, xasiyyətimdən deyil. Ən əsası adımı kimsə çəkə bilmədi".
Qeyd edək ki, rejissor Aqil M.Quliyev səs topladığı təqdirdə yarışmadan Kənanı uzaqlaşdıracağını demişdi.