"Nə qədər əxlaqsız adamlar vardısa, Murad Dadaşov hamısını “Maşın Şou”ya yığmışdı"
Bu gün Arif Məlikovdan sonra hələ də opera yazan bəstəkar yoxdur. Çünki bunlara sənət lazım deyil, bunlara ancaq kolxoz musiqiləri, Üzeyir Mehdizadələr lazımdır. Utanmadan hələ onu "Maşın Şou”ya da çıxarırlar. Nə qədər əxlaqsız adamlar vardısa, Murad Dadaşov hamısını "Maşın Şou”ya yığmışdı. Ayıbdır! Bizə qalmaqal lazım deyil, Qarabağı, işğalda olan torpaqlarımızı azad etmək lazımdır! Bu mavilərlə hansı torpaqları azad etmək olar?! Xalqımızın qeyrətli övladları da bunların içərisində itib-batıb. Neçə illərdi deyirəm, həyəcan təbili çalıram ki, gənclərimiz bunlardan pis şeylər götürəcəklər. Bir baxın küçələrə, gənclərimiz şou-biznesdəkilərin geyimlərinə, hərəkətlərinə, davranışlarına baxıb səhv nümunələr götürüblər. Halbuki efir adamları gənclərimizə yaxşı nümunə olmalıdır, çünki onlar bizim gələcəyimizdir. Evdə böyüyən körpə valideynlərdən gördüklərini götürdüyü kimi gənclərimiz də bu gün bizdən görüb-götürür. Biz müğənnilər isə onlara çox pis nümunəyik”.
Bu fikirləri tanınmış müğənni Əli Mirəliyev Moderator.az-a açıqlamasında efirləri zəbt etmiş şou-biznes nümayəndələri haqqında danışarkən deyib.
Əli Mirəliyev bəzi müğənniləri, xüsusən də "Muğam Müsabiqəsi”nin münsiflərini yersiz yaltaqlıq etməkdə günahlandırıb:
"Lap yaşlılarımız belə yaltaqlıq edir, yalan-yamalaq danışır, yaşlarına-başlarına layiq olmayan düşük hərəkətlər edirlər. Muğam musabiqəsinə baxıram, hər dəqiqə başı yersiz təriflər edirlər. Vallahi belə olmaz, tərifə layiq olanı bir dəfə tərifləmək kifayət edir. Yoxsa yeri gəldi-gəlmədi tərifləmək ikrah hissi doğurur. İnanın ki, Prezidentimizə də, Vitse-prezidentimizə də belə hərəkətlər xoş getmir, əksinə, onların yerinə xəcalət çəkirlər bəlkə də. Bu qədər yaltaqlıq olmaz axı! Başlarına sabun çəkib hara gəldi girirlər, vallahi, billahi olmaz belə.
Bir adamı yıxmaq istəyirsənsə, onu mütləq tərifləməlisən, bunlar da yersiz tərifləri ilə yazıqları yıxmağa çalışırlar. Tərifləməklə məşğul olanlara prezident təqaüdü verilir, güya bunlar muğamımızı göylərə qaldırmaqla məşğuldular. Bizim muğamımız həmişə var olub, göydə olub və qədər xalqımız var, muğamımız da var olacaq. Ancaq zamanında həmin adamları mahnı oxuya bilmədiklərinəgörə efirə buraxmırdılar. Onları xalq toylardan tanıyırdı ancaq. O vaxt efirlərdə Hüseynağa Hadıyev vardı, Akif İslamzadə vardı. İndikilər kimdir axı? Bunların ancaq şəxsi məqsədləri var, öz işlərini aşırmaq, ev almaq, bağ almaq, maşın almaq, uşaqlarını işə düzəltmək və s. Əgər sənətə, sənətə xidmətə görə bu imtiyazlar verilirsə, adlarını çəkdiyim sənətkarlara, məsələn, Akif İslamzadəyə niyə verilmir? Bu gün dəyəri dəyərsiz, qiyməti qiymətsiz adamlara verirlər. Anlamırlar ki, bizim böyüyən gəncliyimiz də onlara baxıb korlanacaq, necə ki korlanıblar.
Müğənni onu da qeyd edib ki, bütün bu işləri yuxarıda oturanlar, mədəniyyət sahəsinə görə məsuliyyət daşıyan şəxslər nizamlamalıdır:
"Gördünüz ki, Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana, Xalq artisti adı verdirirdi. Onun hesabına mavilərə, əxlaqsız qadınlar da Xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla hamınızı xalq artisti olan yerdə. Bu millət uzun illər Rusun tərkibində olub deyə həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, boş şeydi o ad. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub, ancaq dünya tanıyır onları!”
Ə.Mirəliyev şou-biznesdəki neqativliklərə qarşı hər zaman mübarizə aparacağını vurğulayıb və jurnalistləri də ona bu məsələdə dəstək olmağa çağırıb:
"Bizi mədəni surətdə kənarlaşdırdılar, güya sənətə yeni səslər gətirdilər. Həmin səslər də bunlara çox baha oturdu. Məsələ də burasındadır ki, o səslərdən əlavə şou-biznesdə 3-cü cinslər əmələ gəldi. Ən dəhşətlisi də bu oldu. Bu da şou-biznes tərəfdən demokratiyaya ən böyük "hədiyyəmiz” oldu. Onların belə hərəkətləri isə xalqımızı geriyə aparır”.