"Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”. Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: "Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam.
Təcili yardım gələnə qədər canını tapşırdı". "Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış"..."- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi. Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.