Komadan olan rusiyalı müğənni Marina Maksimovanın (MakSim) vəziyyəti dəyişilməz olaraq qalır.
Bu barədə onun piar meneceri Yana Boquşevskaya “Zvezda” telekanalına açıqlamasında bildirib.
“Hələ ki, dəyişiklik yoxdur. Medikamentoz yuxudadır. Hazırda oksigen aparatına qoşuludur. Zədələnmə faizini azaldırlar. Ağciyərlərini yuyurlar”, - o deyib.
Daha əvvəl müğənni MakSimə pnevnmoniya diaqnozu qoyulub, o, süni komadadır. Onun koronavirus testinin nəticəsi neqativ çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.