AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı gənclər “O səs Türkiyə”dən kənarlaşdırıldılar — VİDEO

  • + A
  • - A
  • 9-01-2017, 09:06

    Azərbaycanlı ifaçılar - Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyevin “O səs Türkiyə” müsabiqəsinə qatılması barəsində xəbər vermişdik. Təəssüf ki, hər üç müğənni yarışmadan kənarlaşdırılıb.

    Bu barədə Əməkdar artist Aybəniz Haşımova “Facebook” hesabında məlumat yayıb.

    “Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin. İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənin “O səs Türkiyə” müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...

    Amma, qurban sizə irad bildirəndə elə edək, elə başa salaq ki, bu, bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda “O səs Türkiyə” yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər isteadadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında körmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR