“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl"
Elşad Xose tərəfindən "Maşın” realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarova reperin bu hərəkətindən hələ də özünə gələ bilmir.
Açıqlama verən aktrisa bunları deyib:
"Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək… bu, heç bir kişiyə yaraşan hərəkət deyildi. Görünür, mən doğrudan da kimlər üçünsə çox güclü və təhlükəli rəqib olmuşam”.
Aktrisa Elşad Xoseyə də çağırış edib: "Elşad Xose, səninlə varam, ancaq oyunda yox, həyatda… "Maşın şou”dakı oyunu bitir, gəl görüşək, sənə deyəcək bir-iki sözüm var. Görüş təkbətək olacaq”.
///yeniçağ.az