AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Norveçli nazirin bu fotosu diqqət çəkdi

  • + A
  • - A
  • 4-08-2022, 18:40

    Norveçli nazirin bu fotosu diqqət çəkdi


    Norveçin ədliyyə naziri Emilie Mehl istirahət edərkən çəkdirdiyi fotoya görə tənqid edilib.

    İtaliyada tətildə olan xanım nazir fotolarının birində Aralıq dənizində bikinidə avarçəkmə zamanı görüntülənib.

    Mehlin xilasedici jilet olmadan avar taxtasında dayanaraq Norveç qanunlarını pozduğu bildirilib. Lakin Mehl fotonun İtaliyada tətildə olarkən çəkildiyini bildirib. Digər tərəfdən böyük bəyənmə toplayan Mehlin fotosuna çox sərt reaksiya verilib.

    Nazir tənqidlərdən sonra “şəkil İtaliyada istirahət zamanı çəkilib, orada üzgüçülük edib, dostlarımla əylənmişəm. Tətildə və ya səyahətdə olanda həmişə yerli təlimatlara əməl edirəm. Hər kəsə həm quruda, həm də suda yaxşı və təhlükəsiz yay arzulayıram", - deyə açıqlama yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR