Facebook-da övladının şəklini paylaşdı - Fəsadı dəhşətli oldu - FOTO
Qadın internetdə öz acı təcrübəsini bölüşür ki, bir daha heç kim bu səhvi təkrarlamasın.
Ana öz övladını dərsə yola salarkən uşağın fotosunu çəkib oxuduğu məktəbi də qeyd edərək Facebook-da paylaşıb.
Övladını dərsdən götürməyə gedən ana uşağını məktəbdə tapa bilməyərək, polisə müraciət edib. Polis uzun axtarışdan sonra qızın şəklini internetdə belə bir yazı ilə tapıb:
"Təmiz mal - altı yaşlı qız. Qonur gözləri, qara saçları. Sağlamdır. Qiymət 50,000 $".
Odur ki, sosial şəbəkələrdən istifadə edərkən diqqətli olun ki, sonda siz də belə bir hal ilə qarşılaşmayasız. (publika.az)