AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər kəs İlham Əliyevin bacısı oğlunun bu videosundan danışır

  • + A
  • - A
  • 14-03-2017, 14:22

    Hər kəs İlham Əliyevin bacısı oğlunun bu videosundan danışır

















    Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin yeni videosu yayılıb.

    Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər 60 kq. çəki ilə məşq edib.

    Peşəkar idmançı olan Azər məşq zamanı çəkilən videosunu Instagram hesabından paylaşıb. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

    2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

    23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

    2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

    ///baku.ws



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR