AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xərçəngi sağaldan ən faydalı 10 ərzaq - Bütün zamanların daha yaxşısı

  • + A
  • - A
  • 25-09-2017, 09:16

    Xərçəngi sağaldan ən faydalı 10 ərzaq - Bütün zamanların daha yaxşısı














    Avropa Dietoloq və Qastroenteroloq Assosiasiyasının ekspertləri gənc və sağlam qalmağa kömək edən məhsulların siyahısını tərtib edib. Britaniya mütəxəssisləri tərəfindən tərtib olunan siyahıda pomidor ən faydalı məhsul seçilib. Siyahının hazırlanmasında alimlər məhsullarda olan vitaminlərin, mikroelementlərin, antioksidantların səviyyəsini, eləcə də orqanizm tərəfindən asanlıqla əmilməsini nəzərə alıb.

    Day.Az bu yazıda oxucuları həmin siyahı ilə tanış edir. Məhsulların faydalılığı aşağıdakı kimi şərh olunub:

    1. Pomidor
    Tomatın tərkibində çox fəal antioksidantlar, likopin, sellüloza və kalium var.. Onlar ürək-damar sisteminin fəaliyyətinə kömək edir. Tomat şirəsi arterial və daxili təzyiqi yavaş-yavaş aşağı salır. Odur ki, qlaukoma zamanı (Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik) və təzyiq qalxanda pomidor şirəsini içmək faydalıdır.
    Ekspert rəyi
    Likopin anti-kanserogen xüsusiyyətlərə malikdir. Amma unutmamalıyıq ki, böyük miqdarda tomat böyrəkdə daş yarada bilər, həmçinin oynaq xəstəlikləri olan insanlar ondan ehtiyatla istifadə etməlidir. Onda olan purin turşusu isə öd kisəsində spazm və həzm problemlərinə səbəb ola bilər.
    2. Yulaf yarması
    Onun tərkibi bitki zülalları, sellüloza, vitaminlər qrupu, qida lifləri ilə boldur. Cəmi bir kasa yulaf sıyığı (təxminən 30 qram) təzyiqi azalda bilər. Üstəlik həzm sistemini zəhərlərdən təmizləyir.
    Ekspert rəyi
    Nə qədər çox yulaf yarması yesəniz, bununla da osteoporoz (sümüklərin kövrəkliyi) xəstəliyinə tutulmaq riskini bir o qədər çox artırırsınız. Böyrək çatışmazlığından əziyyət çəkən insanlar da yulaf yarmasından ehtiyatla istifadə etməlidir. Həftədə 2 dəfə bir kasa yulaf yarması yemək kifayətdir.
    3. Kivi
    Bu meyvənin tərkibində çoxlu miqdarda A, C, E və B vitaminləri və omeqa-3 yağ turşuları var. Onlar oynaq ağrılarından əziyyət çəkən insanlara elastikliyini saxlamaq üçün faydalıdır. Odur ki, həftədə heç olmasa iki ədəd kivi yemək məsləhət görülür.
    Ekspert rəyi
    Kivi meyvəsi arıqlamaq istəyən və yüksək təzyiqi olan insanlar üçün xeyirlidir: Onlarda yağların yandırılmasını sürətləndirən enzimlər və kollageni gücləndirən liflər var. Amma kividə olan turşuların çoxluğu qaraciyərin və mədə yarasının kəskinləşməsi zamanı zərərli ola bilər. Odur ki, gündə 1 kivi tamamilə məqbuldur.
    4. Üzüm
    Üzümdə orqanizmin oksidləşmə proseslərini ləngidən, damarları tonusda saxlamağa kömək edən və qan laxtalanmasına mane olan bioflavonoidlər var. Bu maddə bədxassəli hüceyrələrin yaranmasına müqavimət göstərir.
    Ekspert rəyi
    Vaxtilə krımlı həkimlər və diyetoloqlar ağır xəstələri və ayaqları üzümlə müalicə edirdilər. Lakin üzümlə "müalicə etdirmək" istəyirsinizsə, yadda saxlayın: Çiy süd, pivə, spirtli içki, mineral sular, yağlı yemək, çoxlu çiy tərəvəz, çoxlu giləmeyvə və meyvələrin istifadəsindən çəkinmək lazımdır. əks halda bu, bağırsaqlarda ciddi pozğunluqlara gətirib çıxara bilər.
    Piylənmə problemi olanlara, şəkərli diabet və mədə bağırsaq xəstələrinə üzümdən çox az istifadə etmək tövsiyə olunur. Digər insanlar gün ərzində bir kiloqrama qədər üzüm yeyə bilər.
    5. Balıq və dəniz məhsulları
    Tərkibi yağlar, vitaminlər, minerallar və mikroelementlərlə zəngin olan balıq və dəniz məhsulları dərinin elastikliyini bərpa edir, həmçinin ürəyin sağlamlığını qoruyur.
    Eyni zamanda balıq və digər dəniz məhsullarının tərkibinə sağlamlıq üçün təhlükəli olan civə və qurğuşun yığılır, odur ki, balıq məhsullarının ekoloji təhlükəsizliyini yoxlamaq üçün mütləq nəzarətdən keçirilməlidir.
    Ekspert rəyi
    Sovet dövründə cümə axşamları balıq günü sayılırdı. Müasir dövrdə diyetoloqlar həftədə 2-3 dəfə balıq və dəniz məhsulları istifadə tövsiyə edir. İstənilən 200-250 qram balıq növü kifayətdir.
    6. Brokkoli
    Bu növ kələmin tərkibində çoxlu maqnezium, kalium və antioksidantlar daxildir. Maddələr mübadiləsinin pozulması zamanı əla pəhriz məhsuludur.
    Ekspert rəyi
    Bu faydalı tərəvəzi bütün sağlam insanlar qida rasionuna daxil etməlidir. O mədə-bağırsaq, maddələr mübadiləsinin pozulması zamanı, ürək-damar sistemi, sinir pozğunluqları, katarakta, şəkərli diabet, qaraciyər xəstəliklərinin profilaktikası və müalicəsi, xüsusilə də uşaqlar və hamilə qadınlar üçün olduqca faydalıdır.
    Bir gündə 200 - 250 qram qaynadılmış brokkoli bəs edir.
    7. Avokado
    Bu ekzotik meyvənin tərəkibində qan damarlarının yeniləşməsinə kömək edən xüsusi yağ turşuları var. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyən fermentlər ehtiva edir.
    Ekspert rəyi
    Müntəzəm olaraq avokado yemək gərginliyi azaldır, yuxu və yorğunluq keçir, səhhəti yaxşılaşdırır. Avokadonun tərkibində qanda qlükozanın səviyyəsini aşağı salan və beyin hüceyrələrinin daha yaxşı mənimsənilməsinə kömək edən manoheptuloz maddəsi var.
    Avokado çəyirdəyində olan zəhərli maddələr isə ən güclü allergik reaksiyalar yarada bilər. Odur ki, onunla ehtiyatlı olun. Gün ərzində heç olmasa yarım avokado tövsiyə edilir. Yeri gəlmişkən, bu, nə meyvə, nə tərəvəz qrupuna daxil edilmir.
    8. Toyuq yumurtası
    Onlar dərinin qocalmasını sürətlə qarşısını alan lesitinlə və kalsiumla zəngindir.
    Ekspert rəyi
    Onları haqsız olaraq qanda xolesterinin artmasının səbəbkarı hesab edirdilər. Sübut olunub ki, yumurtanın tərkibində faydalı maddələr damarlara zərər vuran prosesləri neytrallaşdırır. Əgər siz öz sağlamlığınıza görə ehtiyatlanırsınızsa, yalnız zülal istifadə edin, yəni yumurta sarısını. Ümumilikdə isə həftədə ən azı 4 yumurtanı istənilən şəkildə: omlet, suda bişmiş, qızardılmış halda yemək tövsiyə edilir.
    9. Sarımsaq
    Sarımsaqda olan allisin maddəsi hipertoniya zamanı təzyiqi azaldır. Sarımsağın antibakterial xassələri isə yəqin ki, hamıya məlumdur.
    Ekspert rəyi
    Bu tərəvəz yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalıdır, qanda pis xolesterinin səviyyəsini azaldır, viruslarla mübarizə aparır və bir çox faydalı maddələrlə zəngindir. Lakin onun mədə-bağırsaq traktında reaksiyalar yaratma ehtimalı var. Sarımsağı çiy halda salatlara əlavə edərək yemək daha faydalıdır.
    10. Zeytun yağı
    Qədim Yunanıstanda onu "qızıl maye" adlandırırdılar. Bu yağda olan olein turşusu orqanizmin hüceyrələrini qoruyur, oksidləşdirici proseslərin yaranmasına mane olur.
    Ekspert rəyi
    Zeytun yağı qanda xolesterinin səviyyəsini aşağı salmaq qabiliyyətinə malikdir. Süzmə zeytun yağı bütün yağlardan ən faydalısı sayılır.
    Amma yadınızda saxlayın: Bir xörək qaşığı zeytun yağında 170 kalori olur. Bundan başqa məhz süzmə yağ faydalıdır.
    Lakin oruxo adlanan yağları qətiyyən istifadə etmək olmaz: Orada benzopiren adlanan zərərli kanserogen maddələr var. (publika.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR