AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“WhatsApp”da yeni funksiya

  • + A
  • - A
  • 30-07-2019, 10:13

    “WhatsApp”da yeni funksiya

    “WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

    “ICTnews” xəbər verir ki, mütəxəssislər indi messencerin “iOS” platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

    Məsələn, “WhatsApp” messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

    Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin “Android” platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

    Bundan başqa, indi “WhatsApp” komandası “push” bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR