Telefonunuza gələn gizli zəngləri açmağın yolları
Yəqin ki bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər istəməz telefon istifadəçiləri gizli zəngin kim tərəfindən olunmasını və həmin adamın müəyyən etməyin yollarını axtarırlar.
Gizli zənglərin təyin olunması üçün 3 yol var.
Birinci qayda: Əgər siz “Azercell” abunəçisisinizsə və sizə gizli nomrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün “Bakcell” nömrə lazımdır. Sizin “Azercell” nömrəyə zəng gələn zaman “Bakcell” nömrə də açıq olmalıdır. Sizə zəng gəldiyində telefonunuzla **67*055——-# kodunu yığın və sonra isə dərhal telefonunuzun “NO” düyməsini basaraq zəngi sonlandırın. Bu zaman zəng sizin “Bakcell” nömrəyə yönlənəcək və “Bakcell” nömrə olan telefonda həmin gizlədilmiş nömrə açıq gorünəcək.
İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu + ev nömrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonunun nömrə yazma funksiyası olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirməni isə ##002 yığaraq ləğv edə bilərsiniz.
Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə – “Azercell” və “Bakcell” nömrələr olmalıdır. “Azercell” nömrənizi digər “Bakcell” nömrəsinə yönləndirirsiz, hansı ki, bu “Bakcell” nömrəyə gizlədilmiş nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönlədirən vaxt “nə zaman məşğuldur” ayarını seçməlisiniz. Sonra isə “Azercell”ə zəng edib operatorun xəbərdarlığını, yəni “Bu nömrə başqa bir nömrəyə yönləndirilmişdir. Xahiş edirik gözləyin” sözlərini ləğv etdirmək lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman “NO” düyməsinə basmaqla telefon məşğul göstərir və gələn zəngi “Bakcell” nömrəsinə yönləndirirsiz. Nəticədə gizli nömrə aşkarlanmış olur.
Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə “Zəngimcell” tipli kampaniyalar olmamalıdır.