“Facebook”da radikal dəyişiklik – Bu funksiya ləğv olunur
“Facebook” yarandığı gündən bəri istifadə etdiyi “bəyən” düyməsini qismən yığışdırmağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, “Facebook” xüsusilə də şirkətlərin səhifələrini yaxından maraqlandıran radikal bir dəyişiklik edəcək.
Şirkət bildirib ki, fevral ayının 6-dan etibarən “bəyən” düyməsi olmayacaq. Bu tarixdən etibarən “like” düyməsinin əvəzinə başqa bir variantı sınaqdan keçirəcəklər.