İnsanlar niyə kökəlir?
Amerikalı alimlər insanın kökəlməsinin əsas səbəblərindən birinin də “emosional” yeməyə meylli olması ilə əlaqələndiriblər.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “PHAS” portalı məlumat yayıb. Verilən məlumatda deyilir ki, alimlər uzun müddət insanın piylənməsinə səbəb olan amillər üzrə çalışırlar.
Araşdırmalar nəticəsində məlum olub ki, insanlar bir neçə səbəbdən kökəlirlər. Bunlardan biri də, insan orqanizmində sinir sisteminin sıradan çıxmasıdır. Nəticədə insan özünü idarə edə bilmir və lazımı təlabatından artıq qidalanır.
“Qida davranışı müxtəlif neyronlar və neyron zəncirləri tərəfindən idarə olunur. Neyronların stimullaşdırılması ilə aclıq hissi aradan qaldırmaq mümkündür. Lakin bəzi heyvanlar kimi insanlar da ac deyilsə belə, “emosional” yeməyə meyllidirlər”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, braziliyalı alimlər də bu istiqamətdə araşdırma aparıblar. Braziliyalı həkim Lisio Velloso Sao Paulo Dövlət Elmi Tədqiqat Fondunun konfransında bu barədə hazırladığı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, insan mədəsində və bağırsağında yığılan doymuş yağlar səbəbindən kökəlir.