İŞİD terrorçularının məhəbbət dramı
Böyük Britaniyada maraqlı hadisə baş verib.
Bu barədə “Guardian” nəşri məlumat yayıb. Verilən məlumata görə, Londonda terror aktı törətməyi planlayan qadın və kişi terrorçu aşiq olublar. Bu onlar həbs olunandan sonra, keçirilən məhkəmədə məlum olub.
Belə ki, 36 yaşlı ərəb Lojndon sakini 33 yaşlı qadınla tanışlıq saytında tanış olub. Aptekdə işləyən qadın İŞİD terror təşkilatının üzvü ilə tanışlıqdan sonra bir müddət sevgili olublar. Həmin vaxt onlar Londonda terror törətməyi planlaşdırırmışlar.
Lakin polisin keçirdiyi əməliyyat zamanı hər iki şəxs saxlanılıb. Məhkəmədə onların günahı sübuta yetirilib. Saxlanılanlar da öz günahlarını etiraf ediblər və peşman olduqlarını bildiriblər. Onlar qalan həyatlarını birlikdə keçirtmək istədiklərini vurğulayıblar.