Nar, şübhəsiz ki, dünyanın ən zəngin və xeyirli qidalarından birincisidir. Tərkibində vitaminlərdən minerallara, aminturşulardan turşulara, mikroelementlərdən hormonlara qədər, nə desən taparsan.
Narın tərkibində nə vardır? Ya da əksinə deyilsə daha yaxşıdır. Nə yoxdur!?
Kəhraba, limon, alma, sirkə turşuları.
Vitamin C, B9, B12, B15 vitaminləri.
Kalium, kalsium, natrium, magnezium, dəmir, xrom.
Pektinlər- orqanizmi radiasiyadan və şüalanmadan qoruyur. ( MRT həkimlərinə gündə 2-3 nar yeməyi tövsiyyə olunur).
Narın antioksidant, antikanser, antivirus, immunitet gücləndirici, bakterisid, bağırsaq infeksiyaları əleyhinə, qadınlarda klimaks zamanı ( tərkibində estrogen var), kişilərdə pontensiya gücləndirici, ürək-damar sistemini güncləndirici, təzyiqi normallaşdırıcı, qanda hemoqlobinin miqdarını artırıcı, bütün ağız boşluğu xəstəlikləri zaman, qalxanabənzər vəzini stimullaşdırcı,dərini və saçları sağlamlaşdırıcı və s və ia təsirləri var.
Nar yeganə bitkidir ki, həm qabığı, həm ləti , həm də toxumları xeyirlidir. Mövsum başlayanda gündə ən azı 1 nar yeyin və bütün qışı xəstəliklərin sayını minimuma endirin.
Dünyanın ən dadlı və bahalı narı isə qara 8 adlanır. Çünki bu nar qap-qara və yup-yumrudur. Eyni bilyardın 🎱 şarı kimi. Adı da eyni belədir. Eight ball-səkkizlik şar.
Sağlam olun!
Müşfiq Hüseynov