Tanınmış həkim Müşfiq Hüseynov yumurtanın faydalarından yazıb. Suda bişmiş, qayğanaq fərq etməz, yetər ki, kənd yumurtası olsun. Azadmedia.az Müşfiq həkimin yumurtanın faydaları ilə bağlı dediklərini təqdim edir:15 ilə yaxındır hər səhər 2 yumurta yeyirəm. Həmişə də eyni şeyi eşidirəm. Bezmirsən və xolesterini qaldırmır?
Yox! Bezmirəm və qaldırmır.
Yumurta dünyada mövcud olan ən ucuz və xeyirli qida məhsuludur. Texas Universitetində müəyyən etmişdilər ki, yumurta zülalla zəngin olmaqla bərabər, həm də, demək olar ki, 0% karbohidrat daşıyıcısıdır. Normal kənd yumurtasında zülaldan başqa, küllü miqdarda vitamin ( xüsusən B qrup), mineral və digər xeyirli maddələr:
-A,E,K,B9,B5,B7, B12 və B2 vitaminləri.
- Fosfor, Selen, Sink, Calsium mikroelementləri
- Lecitin, Xolin və Omega yağları var.
Təsəvvür edirsiz bu tərkibin xeyrini? Ən bahalı qida əlavəsi belə bu qədər yararlı maddəni bir yerdə daşıya bilməz.
Yumurta:
-əzələ kütləsini artırır, sümükləri möhkəmləndirir,
- hüceyrə zədələnməsi bərpasında ən önəmli iki mineraldır,
- beyin üçün əvəzedilməzdir,
- göz üçün çox xeyirdir və kataraktanı önləyə bilir,
- təzyiqi və xolesterini normallaşdırır,
- qaraciyərin işini tənzimləyir,
- artıq çəki ilə mübarizə aparır,
- damarların elastikliyinə yardım edir,
Bəs nə qədər və nə zaman yumurta yeyə bilərsiz.
Praktiki sağlam insan gənc yaşda 3-5, 50 yaşdan yuxarı 2, idmanla məşğul olursa 3 yumurta və mütləq səhər yeməlidir.
İndi durun və gözəl bir qəhvəaltı edin. İki yumurta gözü, lavaş, xiyar, pomidor, zeytun, bir az göy, bir mandarın ya da iki-üç dilim portağal, pendir, bal.
Yağsız, şəkərsiz və duzsuz.
Əsas odur keyfiyyətli qida yeyin, amma az yeyin. Sağlamlığın əsas sirri budur.
Sağlam olun və nuş olsun.