Azadmedia.az doktor Müşfiq Hüseynovun qara bibər və onun faydaları barədə yazsını təqdim edir. Oxuyun, faydalanın.
Çox az adam tapılar ki, acı bibər sevməsin. Bəs qara bibərin möcüzəvi təsiri haqqında nələr bilirsiz?
Tərkibi o qədər zəngindir ki, say-say bitməz. Qara bibərin tərkibinə B qrup, C,K, E, PP vitaminləri, fol turşusu, xolin, beta-karotin və çox vacib minerallar kalsium, sink, mis, dəmir, kalium, selen və ftor daxildir. Qara bibərin tərkibinə həm də, əvəzolunmayan, həyati vacib aminturşular olan leysin, isoleysin, valin, lisin və triptofan daxildir.
Piper Negrum təbiətdə mövcud olan ən güclü katalizatordur. Yediyiniz, içdiyiniz nə xeyirli şey varsa onların qanda dolaşımını dəfələrlə sürətləndirir və deməli, hüceyrələdən daha rahat keçməsini təmin edir. Məsələn, siz bol vitaminli bir yemək yeyirsiz. Deyək ki, vneqret salatı. Orda mütləq qara bibər olmalıdır, çünki vitaminlərin sorulması çox aşağıdır və qara bibər bu işdə sizə yardım edəcək.
Ən güclü antikanserogen və anti-oksidantlardan biridir. Bu keyfiyyətinə görə qara bibər yəqin ki, ancaq nara uduzur. Sərbəst radikallarla mübarizədə qara bibərin əvəzsiz rolu var. Deməli, sizi bir çox infeksion xəstəliklərdən qoruyur.
Güclü antiparazitar və antivirus təsirə malikdir. Piperin olmasaydı, yəqin ki, bu gün uzaq şərqi Asiyada ( Çin, Hindistan və ASEAN ölkələri) adam yaşamazdı. Asiyada insanları istidən, parazit və viruslardan qara bibər qoruyur.
Qara bibər ürək, qan- damar sistemi üçün vacib qida maddəsi sayılır, çünki xolesterinin miqdarını aşağı salır, qanı durulaşdırır, tromblarla mübarizə aparır.
Yəqin fikir vermisiz, acı bibər yeyəndə mütləq burun axır, bəzən öskürürsüz. Piperin güclü bəlğəmgətirici və yuxarı tənəffüs yollarını təmizləyici təsir göstərir. Öskürək, iltihab, qızdırma zamanı ağciyərlərin işinə yardım edir.
Yağ-lipid mübadiləsində çox önəmli rol oynamaqla, çəkini normal saxlamağa kömək edir və deməli piylənmənin qarşısını ala bilir. Bundan başqa, erektik disfunksiyası olan kişilərə müsbət təsir edib, cinsi aktivliyi artırır.
Yəni, bacardığınız qədər qara bibərdən istifadə edin. Amma bütün xeyirli qidalar kimi, bunu da az, lazım olan qədərində.
Sağlam olun.