AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

El arasında “Cəhənnəm adası”, “İlan adası” kimi tanınan “Nargin” adası...

  • + A
  • - A
  • 22-01-2023, 12:05

    El arasında “Cəhənnəm adası”, “İlan adası” kimi tanınan “Nargin” adası...

    Vüqar Həsənov yazır...
    El arasında “Cəhənnəm adası”, “İlan adası” kimi tanınan “Nargin” adası, öz adı ilə isə Böyük-Zirə adası...Nələrə şahidlik etdi bu ada... XVII əsrdə Azərbaycanı işğal etməyə gələn ruslar, xüsusilə kazaklar Bakı arxipelağına aid olan bir çox adaların adlarını dəyişdirir. I Pyotr adaya Fin körfəzində yerləşən Nargin adasına bənzədiyi üçün bu adı verir. Ada Rusiya tərəfindən bir ölüm kampına çevrilir. Əvvəlcə Çar Rusiyası, sonra isə Sovet hakimiyyətinın ilk illərində Birinci Dünya müharibəsi zamanı girov götürülən türk əsgərləri, eləcə də türk-müsəlman kəndlərindən əsir götürülmüş minlərlə insan bu adada amansız işgəncələrə məruz qalaraq vəhşicəsinə öldülür. Nargin adasında tutulan türk əsirlərinin bir qismi xalqımızın köməkliyi ilə oradan qaçırıla bilir. Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, neft maqnatları Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov və Əjdər bəy Aşurbəyovun fəaliyyətləri danılmazdır. 1918-ci ilin sentyabr ayında Bakıya daxil olan Qafqaz İslam Ordusu əsirləri azad etsədə, 1920-ci ildə Bakıda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri, Stalin repressiyası qurbanları bu adada güllələnir...
    Neft daşlarına Qara Qarayev gəmisi ilə səfər edən hər kəs kimi mən də bu adanın bax beləcə yanından ötüb keçirik, fərqinə varmadan...Amma tarix yatır burada...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR