AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şeyx Heydərə qənim kəsilən nazirlər: Əbülfəs Qarayev və Anar Kərimov

  • + A
  • - A
  • 3-02-2023, 14:25

    Şeyx Heydərə qənim kəsilən nazirlər: Əbülfəs Qarayev və Anar Kərimov

    Keçmiş mədəniyyət nazirləri olmuş Əbülfəs Qarayev və Anar Kərimovun məhv etdiyi daha bir qədim abidə. Özü də bu abidə kimə məxsusdur bilirsiz? — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı ŞEYX HEYDƏR-ə. Türbə Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbirstanlığının içərisindədir.Türbə demək olar ki, uçulub dağılmış, ortada qəbir və qəbrin ətrafında yerli daşlardan hörülmüş bir metr hündürlüyündə türbə divarları qalmışdır. Azərbaycanda bəzi nadürst insanlar türbənin ön və arxa hissəsində naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işlərinin aparııblar deyə Türbə lap yararsız hala düşüb. Bu türbənin tikilməsinin də qəribə tarixi var. Şah İsmayıl döyüşlərdə öldürülüb, başı kəsilən atası Şeyx Heydərin məzarını uzun zaman axtardıqdan sonra burda tapmışdır və Atasının məzarı üstündə Türbə tikimişdir. Azərbaycan tarixşunaslığında Şeyx Heydərin Şahdağ yaxında öldürüldüyü qeyd olunur. Lakin bəzi yerli rəvayətlərə görə o döyüşdən yaralı qayıdarkən Beşbarmaq yaxınlığında vəfat etmiş və vəfat etdiyi yerdə də dəfn olunmuşdur. Məhz dəfn olunduğu yerdə sonralar onun müridlərindən 7 ailə məskən salmış və şeyxin məzarı üzərində inşa edilmiş türbədə xidmətlərini davam etdirmişlər. Qədimdə bu ərazidə mövcud olmuş Təkəli və Şıxlar kəndləri məhz həmin ailələr tərəfindən salınmış hesab olunur. Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. (Bəzi mənbələr yazır ki, Şeyx Heydərin cənazəsi XVI əsrdə Ərdəbilə aparılaraq Şeyx Səfiəddin kompleksində, bir ehtimala görə isə Ərdəbilin Meşkinşəhr (tarixi adı Xiyov) şəhərindəki məqbərədə torpağa tapşırılmışdır)
    Amma əsas Şeyx Heydərin harda dəfn edilməsi deyil, Şah İSMAYIL XƏTAİ tərəfindən tikilən TÜRBƏN-nin bu günkü vəziyyətidir. Səfəvilərin dövründən qalan bu Türbə qorunan abiddə kimi siyahıya alınsa da burada türbəninin təmiri bir tərəfə, ətrafı belə qaydasına salınmayıb. İnsanlar üç əsrdən çoxdur buranı ziyarət edir, dualar edirlər. Ziyarətgaha epilepsiya xəstəliyi olan insanlar gedirlər. Ziyarətgaha gedənlər özləri ilə keçi aparıb kəsirlər və adamlara paylayırlar.Yaxşı başa düşdük, Azərbaycan tarixini sevmirsiz, abidələri bərpa etmək istəmirsiz. Siyəzən İcra hakimiyyəti buranı görməzdən gəlir, bələdiyyə buranı görməzdən gəlir, Nazirlik buranı görməzdən gəlir, hər kəs buranı görməzdən gəlir. BƏS bura ZİYARƏTƏ gələn şəxslər niyə belə önəmli tarixi abidənin varlığını gizlətməyə çalışırsız? Azərbaycan tarixinin ən önəmli şəxsiyyət Şah İsmayıln atasının ruhuna, adına, türbəsinə belə soyuqluq, etinaszılıq nəyə lazımdır axı? Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti səni and verirəm Allaha ay biz buranı qeydiyyata almışıq, ay investisiya layihəsinə əlavə etmiş kimi cavab verməyin! Bu xalqın mədəni tarixini, dövlətçilik tarixini üstünə adi yazı yazmaqla qorumaq olmaz. Onsuz da bizim tarixi düşmənlər məhv edir, siz də onlara yardım etməyin!
    Özüdə qeyd edim ki, Azərbaycanda iki cürə belə türbə var. Biri də Xızı rayonunun Tıxlı kəndi ərazisində yerləşir. Amma qaynaqlar Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbirstanlığının içərisində olduğunu yazır. Bunu da siz aydın etməlisiz.
    Dosent Zaur Əliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR