AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kartof ciddi xəstəliyə səbəb ola bilər

  • + A
  • - A
  • 24-08-2023, 02:41

    Kartof ciddi xəstəliyə səbəb ola bilər

    Kartof yüksək kalorili məhsuldur, onun həddindən artıq istehlakı çəki artımına və şəkərli diabetin yaranmasına səbəb ola bilər. Azadmedia.az Foodinfo.az-a istinadla xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina xəbərdarlıq edib.O, kartofu hər gün çox miqdarda yeməkdən çəkindirib.Həkimin sözlrinə görə, kartofun ən böyük təhlükəsi yüksək glisemik indeksindədir. Əgər qlükoza bu göstərici 100-dürsə, qızardılmış kartofda 95, kartof püresində 90, çipsdə isə 80-dir. Yəni kartof qanda qlükoza səviyyəsini, demək olar ki, şəkər qədər sürətlə artırır.Muxina əlavə edib ki, 100 qram kartofda 77 kalori var. Onu istehlak etdikdə karbohidratların bir hissəsi ehtiyatda glikogen şəklində saxlanılır, qalan hissəsi isə fiziki fəaliyyətlə emal edilməlidir. Əgər fiziki aktivlik yoxdursa, çəkiniz artacaq. Bundan əlavə, kartofda çoxlu nişasta var ki, bu da yodun qəbulunu pozur. Bir sıra insanlar yod çatışmazlığından əziyyət çəkir. Onlara bu tərəvəzdən mümkün qədər az istifadə etmək tövsiyə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR