Gün ərzində qəhvə, axşamlar isə bir az spirt içmək yuxuya getməyi asanlaşdıra və gün ərzində ayıq qalmağınıza kömək edə bilər. Bu barədə Daily Mail məlumat yayıb.
Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, axşam az miqdarda spirt eyni günün səhəri qəhvə içdiyiniz təqdirdə yuxuya getməyə kömək edir. Eyni zamanda, qəhvə bir gün əvvəl qəbul edilən spirt səbəbiylə gündüz yuxululuğunu aradan qaldırmağa kömək edir.
Tədqiqatda 17 nəfər iştirak edib. Alimlər yuxu və oyanıqlığın tənzimlənməsi üçün spirt və qəhvə istehlakının vaxtının nə qədər əhəmiyyət daşıdığını öyrənməyə çalışıblar. Məlum oldu ki, hər bir fincan qəhvə və ya oxşar kofeinli içki yuxunun orta miqdarını gündə təxminən 10 dəqiqə - və ya həftədə bir saat azaldır (bir insanın həftədə altı dəfə qəhvə içdiyini fərz etsək). Ancaq hər fincan qəhvə üçün bir stəkan şərab və ya pivə varsa, gecə yuxusunun müddəti gündə cəmi beş dəqiqə və ya həftədə yarım saat qısalır.
Ancaq çox spirtli içki qəbul etsəniz, onun sakitləşdirici təsiri yox olacaq və yuxunuz narahat olacaq. Bundan əlavə, səhər qəhvə və günortadan sonra spirt içmək yuxululuğa səbəb ola bilər və performansı azalda bilər.
Alimlər həmçinin qeyd ediblər ki, spirt və kofeinin köməyi ilə yuxu rejimini tənzimləmək cəhdləri sağlamlığa zərər verə bilər. Uzun müddətdə bu içkilər yuxusuzluğa səbəb ola bilər, ürək və damar xəstəlikləri riskini artırır. Tədqiqatçılar əlavə edib ki, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün həm spirtdən, həm də kofedən uzaq olmaq daha yaxşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.