AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın sirrləri - İçərişəhərdə “Pişik və uşaqlar” heykəlli ev

  • + A
  • - A
  • 16-11-2023, 16:21

    Azərbaycanın sirrləri - İçərişəhərdə “Pişik və uşaqlar” heykəlli ev

    Son bir neçə ayda Bakı daxil olmaqla Abşeron və Bakı ətrafı ərazilərdə qeyri addi sirrli yerlərdə oldum, araşdırmalarımın bir ucu Gəncəyə, Kürdəmirə, Ağstafa və digər ərazilərə gedib çıxdı. Sovet dövrünün ən sirli bunkerindən tutmuş ölkədə bu günə qədər qapalı informasiya kimi saxlanılan nüvə silahı bunkerinə qədər məlumatları topladım. Bakıda Məkkə şəhərindən sonra dünyada ikinci qədim və sirli məscidi üzə çıxardım.
    Azərbaycanda hər kəsin yanından keçib lakin sirrini bilmədiyi kifayət qədər yazı üçün materiallar və şəkillər toplamışam. Sirrlərdir yoxsa sadəcə zərurətdən yaranan tikililər, yerlər və sairələrdir. Bütün bunlara aydınlıq gətirəcəm
    Hissə-hissə yazacam Azərbaycanın sirrləri yazılar seriyamın davamı olaraq. İlk yazım yanından bəlkə də birdəfə keçdiyimiz Pişikli ev haqqındadır. Bu bina haqqında mistik rəvayətlər yayılıb Bakıda buna görə də ilk buna aydınlıq gətirək yazımızda.
    Dünyada pişikli evlər bir neçə ölkədə mövcuddur. Brüsseldə pişikli ev,Kiyevdə pişiklərlə ev, Moskvada Klingsland yaşayış binası,Moskvada N. G. Tarxovanın yaşayış binası, Riqada pişikli ev, Belçikada, Schaerbeek-şəhərində pişiklərlə ev, Henfilddə pişiklərlə ev kimi qəribə və maraqlı tikililər var. Bu sırada Bakıda, İçərişəhərdə yerləşən Pişikli ev də diqqəti cəlb edir.
    Bu barədə yaşlı bakılılar və bilgili şəxslərlə söhbətlər etməli oldum. Onlar xalq arasında dolaşan bir mifik əfsanəni təkrar etdilər:
    “Deyirlər ki, pişikləri olan bir ev bir şəkildə taleyə təsir edir və qadınların taleyində bədbəxtliklərlə əlaqələndirilir. Fiqurların təsadüfən seçilmədiyi barədə də fikir var. Axı pişiklər evin sakinlərini şeytanın özündən başqa heç kimdən - binanın başında oturandan qoruyur”
    İçərişəhərdə Karvansaraya yaxın bir yerdə olan bu bina Məlikov və Ələkbərov ailələrinə məxsus evlərin arasında yerləşir. Küllə küçəsində yerləşən binada dekorativ eyvandan baxan oğlan və qızla görüşəcəklər. Onların arasında bir pişik dayanıb, daha üç pişik isə yuxarıdan seyr edir. İçərişəhərdə soruşduğum bir neçə nəfər belə bir rəvayət eşitdiklərini dedilər:
    “Bu ev vaxtilə iki uşağı olan sərt və ağır xasiyyətə malik olan hakimə məxsus olub və onlar pişiklərlə oynayanda yerə düşən heyvanların dalınca pəncərədən yıxılıblar. Şayiə gəzirdi ki, cənnət hakimə amansızlığına görə belə bir cəza göndərib və ömrü boyu bu hakim lənətlənib”
    Əlbətddə bu bir rəvayətdir və inanılması bir az çətin hekayədir.
    Bəziləri hesab edir ki, bu pişiklər İçərişəhərin simvoludur. İçərişəhər kiçik olsa da, Şərqə yaraşdığı kimi, kifayət qədər qarışıqdır. Dar küçələrin labirintində bəzən turisti yalnız pişik müşayiət edə bilər. Buna görə də belə bir deyim var köhnə İçərişəhirlər arasında:
    “Pişiklər İçərişəhərin sahibləridir. Axı biz köhnə inanclardan bilirik ki, evdə pişik həmişə rahatlıq, sevinc və müsbət enerji deməkdir. Məhz bu heyvanlar gərginliyi aradan qaldırır, evi və sahiblərini pis enerjidən təmizləyir. Görünür, elə buna görə də İçərişəhər bu qədər təmiz, rahat və sakit, ruhun dincəldiyi yerdir”
    Ancaq burda mistika axtarmaq lazım deyil. Zəncirli binada yerləşən “Pişik və uşaqlar” heykəli 1994-cü ildə təkcə eyvandakı heykəllər heykəltəraş-rəssam Tarverdi Quliyev tərəfindən, xalçaçı-rəssam Hacı Eldar Mikayılzadənin şifarişi ilə hazırlanmışdır. Yəgin heykəltaraş İçərişəhərin Pişiklərlə bağlı bir ərazi olmasını nəzərə alıb bu motivlərə üstünlük veriblər.

    Zaur Əliyev, dosent





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR