Bölgə təxəllüslü müğənnilər tənqid edildi: "Səviyyəsiz, ədəbsiz..."
"Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə,ələlxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadəedən adlar varsa, buyurub götürün, ancaq bu bölgəadından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin”
Bakıpost.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, müğənnilər bölgələrin adına xələl gətirirlər: "Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyəkimsə məhz o bölgədən olduğuna görəsənin davranışından xəcalət çəkməlidir?”