Bu gün Bolqarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdadiə Günü ilə əlaqədar İçərişəhərdə uşaqların əl işindən ibarət sərginin açılışı oldu. 3 gün davam edəcək Sərginin açılışında Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov və xanımı Villi Yankova da iştirak edirdi. Sərgiyə təqdim edilən əsərlər "Azərbaycan və Bolqarıstan uşaqların gözü ilə" maraqlı təsvirlərindən ibarət rəsm əsərləri idi.
9 yaşlı Mövlamlı Məryəm Elçin qızı ilə sərgidə tanış oldum. Onun 2 əsəri sərgidə nümayiş olunurdu. Əsərlərindən biri 1-ci yerə, o biri isə laureat mükafatına layiq görülmüşdü. Söhbət zamanı öyrəndik ki, əsərlər səfirliyin təşkil etdiyi müsabiqəyə imzasız təqdim olunduğu üçün Məryəm balamızın 2 əsəri sərgidə nümayişə layiq görülüb.
Məryəm MEK tərkibində İncəsənət Gimnaziyasının 3a sinif şagirdidir. Xüsusi istedada malik olduğu üçün dövlət tərəfindən ona fərdi müəllim ayrılıb, hər gün müəllimdən dərs alır, rənglərin sehirli aləmini daha dərindən dərk etməyə çalışır.
- Rəsm dərslərinə mane olurmu? - sualıma Məryəm balamız cavab verdi ki, qətiyyən. Hər gün Gimnaziyada saat 1-ə qədər dərs keçir, 1-dən 5-ə qədər rəssamlığın sirlərinə yiyələnir.
Məryəm Mövlamlının uğurları çoxdur. Bir çox beynəlxalq müsabiqələrdə yaşıdları arasında qalıb gəlib. Zamanla onlardan da bəhs edəcəyəm. İstedadlı uşaqları tanıyaq, tanıdaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.