AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İncəsənət aləminə virtual səyahət

  • + A
  • - A
  • 11-08-2021, 23:02


    Bildiyiniz kimi, qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması əsas prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı məlumat almasına imkan yaratmaqdır.

    Müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və nəhəng dünya şirkəti olan “Samsung Electronics”nin birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini özündə əks etdirən “Sənət kainatına səyahət” adlı layihə hazırlanıb.

    Belə ki, mobil telefon vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq bir saatlıq filmdə əks olunub.

    Videomaterialı izləmək üçün link: https://youtu.be/2EJ4ZDN5an0


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR