"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, BMTİP-QEF Kür II layihəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə əməkdaşlığı nəticəsində hazırlanan “Su parkı”nın açılışı olub.
“Su parkı”nın açılmasında məqsəd insanları istirahət zamanı incəsənət vasitəsilə suyun əhəmiyyəti barədə maarifləndirməkdir.
Dünya Yer Günü münasibətilə Bakının Qala Etnoqrafik Muzey Qoruğunda ərazisində ayrılmış 100-150 kvadratmetr sahədə “Su parkı” yaşıllıq sahəsi və müxtəlif incəsənət obyektlərin yerləşdirilməsi üçün bir platformadır.
“Arts Council Azerbaijan” “Su parkı”nın ətrafında su çatışmazlığı və sudan səmərəli istifadə mövzusuna aid sənət obyektlərinin yaradılması və quraşdırılması, eyni zamanda, mövzu ilə müvafiq seminar və silsilə tədbirlər təşkil edib. Sənət obyektlərinin yaradılması prosesində 9 istedadlı rəssam iştirak edib. “Bir şəkil min sözə dəyər” ifadəsi var. Bu layihə həmin ifadənin tam sübutudur. İnsanlar sənət əsərlərinə baxaraq suyun nə qədər qiymətli olduğunu düşünəcəklər.
Açılış zamanı ağac əkilməsi aksiyası da həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.