Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər - SON DƏQİQƏ
Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub. Diktor bu dəqiqələrdə əməliyyatdan çıxıb.
Yenicag.az-a açıqlama verən xalq artisti norkozdan indi ayıldığını deyib:
“Bu gün bir əməliyyat keçirtdim. Narkozdan indi ayılmışam, heç bilmirəm necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayib. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah isə ikinci dəfə əməliyyat olunacam. Bağırsağımın bir hissəsi kəsilməlidir. Həkimlərin dediyinə görə, ağır əməliyyat sayilır. Bilmirəm əməliyyatdan necə çıxacağam, ümid Allahadır”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub.