Masallıda ''Musiqi sənətinin inkişaf tarixi'' mövzusunda tədbir keçirilib
Masallıda ''Musiqi sənətinin inkişaf tarixi'' mövzusunda tədbir keçirilib.
Azadmedia.az xəbər verir ki, Sentyabrın 17-də karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü ilə əlaqədar ''Musiqi sənətinin inkişaf tarixi'' mövzusunda tədbir keçirilib.Tədbirdə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov və onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışılıb, eyni zamanda haqqında çəkilmiş film seyr edilib.
Çıxışlarda qeyd olunub ki, Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya Üzeyir bəyin adı ilə bağlıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir Hacıbəyov sözün həqiqi mənasında Azərbaycan musiqisinin tacıdır.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunur.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR