Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasınada "Baku International Book Fair 2021” İran İslam Respublikasının stendi sosial şəbəkələrin Azərbaycan seqmentində narazılığa səbəb olub.
AzadMedia.az xəbər verir ki, insanların narazılığına səbəb Azərbaycan şairi Nizami Gəncəvinin İran stendində böyük şəklinin sərgilənməsidir.
Bir çox sosial şəbəkə istifadəçisi bunu ölkəmizin ən böyük dəyərlərindən biri olan Nizami Gəncəvinin İran şairi olaraq təqdim edilməsi cəhdi kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.