AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA L.CƏFƏROVANIN "BİR XƏZƏR ƏFSANƏSİ" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

  • + A
  • - A
  • 24-01-2022, 17:01

    AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA L.CƏFƏROVANIN "BİR XƏZƏR ƏFSANƏSİ" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

    Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında istedadlı bəstəkar Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" baletinin premyerası keçiriləcəkdir. Balet tamaşasının libretto müəllifi də L.Cəfərovadır.
    Opera və Balet Teatrının Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə L.Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi, respublikanın Əməkdar müəllimidir. O bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifidir. Eyni zamanda bədii-sənədli filmlərə musiqi bəstələmiş, tələbələr üçün beş dərslik yazmışdır. Lalə xanımın əsərləri Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestr və xor kapellasının ifasında səslənmişdir.
    "Bir Xəzər əfsanəsi" baletinin quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, "Zirvə", "Qızıl Dərviş" və "Humay" milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcəkdir.
    Əsas rollarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR