AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"NİZAMİ" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

  • + A
  • - A
  • 15-11-2021, 12:54


    DAHİ ŞAİRİN 880 İLLİYİ MÜNASİBƏTİLƏ OPERA və BALET TEATRINDA "NİZAMİ" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

    Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcəkdir. Premyera adı və şöhrəti vətəndən çox-çox uzaqlarda belə məşhur olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdur.
    Bu tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan ən dəyərli layihələrdən biridir və məhz bu tamaşa ilə Mədəniyyət Nazirliyinin keçirdiyi yubiley həftəsi başa çatacaqdır.
    Tamaşanın musiqi rəhbəri və dirijoru Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirmişdir. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
    Tamaşa heç şübhəsiz ki, Azərbaycan milli balet sənəti tarixində parlaq hadisələrdən biri kimi önəmli yer tutacaq və uzun illər boyu balet sevərlərin zövqünü oxşayacaqır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR