AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fotoqraf Valeh Arifoğlu tələbələrə master klass keçib

  • + A
  • - A
  • 2-04-2022, 16:21

    Fotoqraf Valeh Arifoğlu tələbələrə master klass keçib

    Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində fotojurnalist, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, 2021-ci ildə keçirilmiş "Vətən müharibəsi - qələbənin simaları" fotomüsabiqəsinin qalibi olmuş Valeh Arifoğlu ilə tələbələrin görüşü keçirilib.

    Görüşdə çıxış edən Fotojurnalistika fənninin müəllimi Günel İsgəndər tələbə-gənclərin dəvətini qəbul edib görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

    Sonra V.Arifoğlu həyatı, sənəti, peşəkar fəaliyyəti, fotojurnalistikanın janrları, foto çəkmənin incəlikləri, fotoaparatın quruluşu, foto avadanlıqlar, gələcək planları və digər məsələlərlə bağlı ətraflı məlumat verib, zəngin xatirələrini bölüşüb. Qonaq eyni zamanda çəkdiyi fotoları təqdim edib. BDU TV-nin fəaliyyəti ilə tanış olub.

    V.Arifoğlu öz növbəsində göstərilən diqqətə, yaradılan imkana görə təşəkkürünü bildirib.
    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR