AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış fotoqraf fotomüsabiqənin qalibi olub

  • + A
  • - A
  • 6-11-2021, 22:22


    Noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.
    Münsiflər heyəti tərəfindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri nominasiyalarına uyğun qiymətləndirilib. Həmişə çəkdiyi fotolarla gündəmə gələn jurnalistlərin dostu Valeh Əliyev (Arifoğlu- red.) bu dəfə də müsabiqənin qalibi olub.
    Valehi qalib edən foto müzəffər ordumuzun döyüşdən geri dönən əsgərinin fotosudur.

    Bu münasibətlə Azadmedia.az kollektivi Valeh Arifoğlunu təbrik edir, onlara işlərində uğurlar arzulayır.
    Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə uzun ömür, möhkəm can sağlığı arzulayırıq.
    Elnurə Abuşova





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR