AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün bayram şənliyi keçirilib

  • + A
  • - A
  • 30-05-2022, 13:21

    “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün bayram şənliyi keçirilib

    Mayın 29-da Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və "Fire Land Production"nın təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda bayram şənliyi təşkil edilib.

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram tədbiri “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində həyata keçirilib.Tədbirdə 200-dən artıq Vətən müharibəsi şəhidinin ailə üzvləri, dövlət rəsmiləri, ictimai xadimlər və mədəniyyət sahəsinin tanınmış şəxsləri, eləcə də Vətən müharibəsi zamanı xüsusi reportajları ilə tanınan türkiyəli jurnalist Fulya Öztürk iştirak edib.

    Bayram şənliyində uşaqlar üçün rəqs və musiqi nömrələri səsləndirilib, vətənpərvərlik mövzusunda çıxışlar edilib.

    Tədbir çərçivəsində şəhidlərin adından övladlarına müraciət formasında hazırlanmış “Atadan məktub” adlı videoçarx təqdim olunub.

    Sonda şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR