AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə proqramı həyata keçiriləcək.

  • + A
  • - A
  • 13-02-2022, 20:15

    Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə proqramı həyata keçiriləcək.

    “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi tərəfindən Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı həyata keçiriləcəkdir. Bakı, Gəncə, Lənkəran və Naxçıvan regionlarını əhatə edəcək sosial əsas məqsədi vətənimizin suverenliyi və bütövlüyü uğrunda canından keçmiş döyüşçülərimizin və onların ailələrinin sosial problemlərinin araşdırılması və bu problemlərin həlli istiqamətində dövlət qurumları ilə birgə əməkdaşlıq etməkdir.

    Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı çərçivəsində Şəhid ailələri və Qazilər ilə görüşlər keçiriləcək, onların problemləri dinləniləcək, araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaqdır.

    Layihə 4 ay müddətində Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində həyata keçiriləcəkdir. Sosial Proqram ümumilikdə 300-dən çox həssas təbəqədən olan şəxsi əhatə edəcəkdir.

    Sonda Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramının nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcəkdir.
    Qeyd edək ki, “Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR