AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik: Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim

  • + A
  • - A
  • 20-01-2018, 11:27

    Akademik: Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim














    "Universitetin adı mənim təklifimlə dəyişdirilib. Fəxr edirəm ki, 1990-cı ildə - hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum Elmi Şurada məsələ qaldırdım və buna nail oldum. Mən o zaman BDU-nun kiminsə adını daşımasına razılıq vermədim, çünki dünyada belə bir təcrübə yoxdur".
    AZTB.info Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

    Deputatın sözlərinə görə, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir:
    “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə, kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.

    Y.Mahmudov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı: “1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin demək olar ki, başında gedirdi. BDU-nun Elmi Şurasında milli-azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Məni o zaman Moskva Azərbaycandakı xalq hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi. Mən dedim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün mənə Ukraynada ev verib, işə dəvət etdilər. Mən Azərbaycanı tərk etmədim".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR