“Bir daha doğulmayacaqsınız” — Çılpaq fotoları ilə məşhurlaşan müğənni yenə soyundu
İngiltərəli model və müğənni Maylin Klass İngiltərədə dərc olunan jurnallardan biri üçün çılpaq şəkillər çəkdirib.
“Ölkə.Az” xəbər verir ki, cəsarətli fotoları ilə hər zaman gündəmə gələn 39 yaşlı müğənni bununla özünü azad hiss etdiyini deyib. Bildirib ki, heç vaxt çılpaq şəkil çəkdirməkdən utanmır.
“Çalışmışam həmişə özüm üçün yaşayım. Sizi sevən insanlar həyatınıza və seçiminizə hörmət etməlidirlər. Başqaları üçün yox, özünüzə görə yaşayın. Çünki bir daha doğulmayacaqsız”, - deyə Maylin bildirib.